Belçika parlamenti Rusiya almazlarının idxalı qarşıdır

27-04-2023, 12:58           
Belçika parlamenti Rusiya almazlarının idxalı qarşıdır
Belçikanın Nümayəndələr Palatası Rusiya almazlarının Avropa İttifaqına idxalına qadağa qoyulmasını müdafiə edən qətnamə qəbul edib. Bu barədə AzVision.az “Le Monde”yə istinadən xəbər verir. Qətnamənin mətnində deyilir ki, Rusiya Federasiyasından dünya kobud almazlarının təxminən 85%-i, cilalanmış almazların yarısı və sənaye almazlarının 40%-i Antverpendən keçir.

Eyni zamanda, dünyanın ən böyük istehsalçısı olan Rusiya kobud almazların ixracından hər il təxminən 4 milyard dollar gəlir əldə edir.
Vurğulanıb ki, qadağa ilk növbədə Rusiya Prezidenti Vladimir Putinin yaxın adamının nəzarətində olan Rusiyanın “Alrosa” şirkətinə tətbiq edilməlidir. Şirkət qazancını Ukraynadakı müharibəni maliyyələşdirmək üçün istifadə etməkdə ittiham olunur.

Parlament həmçinin Belçika hökumətini Rusiya almazlarının həm birbaşa, həm də dolayı ticarətinin idxalına qadağa qoyulması üçün birbaşa Avropa Şurası ilə danışmağa çağırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.