Bakıda şadlıq evində qanlı dava baş verib

27-04-2023, 11:14           
Bakıda şadlıq evində qanlı dava baş verib
Teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gecə saat 23 radələrində Binəqədi rayonunda yerləşən "Vhite Palace" şadlıq evində keçirilən məclis zamanı dava-dalaş olub.

2006-cı il təvəllüdlü S.P. 2005-ci il təvəllüdlü H.X-ya döş qəfəsinə daxilə nüfuz edən və sol qoluna daxilə nüfuz etməyən bıçaq xəsarəti yetirərək qaçıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində S.P saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-yə təhvil verilib.

Hadisə zaman hər iki şəxsin spirtli içkinin təsiri altında olması bildirilir.

Hazırda Binəqədi RPİ-də araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru