Alyaskanın cənub-qərb sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Təşkilatın məlumatına görə, yeraltı təkanlar 100-ə yaxın insanın yaşadığı Çiqnik şəhərindən 106,4 km aralıda qeydə alınıb. Zəlzələnin ocağı 77 km dərinlikdə yerləşib.