Qərb bölgəsində güclü yağış yağdı, sel gəldi

30-04-2023, 17:23           
Qərb bölgəsində güclü yağış yağdı, sel gəldi
Günün ikinci yarısından başlayaraq Gəncə şəhəri və ətraf rayonlara güclü yağış yağıb, Goranboya dolu düşüb, bəzi kəndlərə sel gəlib, fəsadlar yaradıb.
Manset.az report-a istinadən xəbər verir ki, hava şəraiti səbəbindən əsas fəsadlar Goranboy rayonunun Gürzalar və digər kəndlərində qeydə alınıb.

Belə ki, yağan güclü yağışdan sonra sel suları kəndin avtomobil yollarına, təsərrüfata zərər vurub. Bir neçə avtomobil sel sularına düşüb, zərər görüb.

Elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyd edək ki, Goranboy və Şəmkir rayonlarına dolu da yağıb.

Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru