Göyçayda fermada fəhlə işləyən şəxs qəflətən dünyasını dəyişib.
Teref.az-ın APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alpout kəndində qeydə alınıb. Məlumata görə, rayonun Ləkçılpaq kənd sakini, 57 yaşlı Şahlar Dadaşovun nahar vaxtı anidən halı pisləşib və qəfil keçinib.
İlkin ehtimala görə, o, ürək tutmasından vəfat edib.