Bolqarıstanın baş prokuroruna qarşı sui-qəsd olub

2-05-2023, 11:58           
Bolqarıstanın baş prokuroruna qarşı sui-qəsd olub
Bolqarıstanın Daxili İşlər Nazirliyi respublikanın Baş Prokuroru İvan Qeşevin həyatına sui-qəsd edildiyini açıqlayıb.

Milli İstintaq Xidmətinin rəhbəri Borislav Sarafovun sözlərinə görə, Qeşevin olduğu avtomobilin yanında partlayış baş verib. Hadisə yerinə gələn Sarafov baş prokurorun hədəfdə olması barədə fikirlərini bildirib. O, hadisə nəticəsində zərərçəkənlərin olmadığını da vurğulayıb.

“Bu, təkcə İvan Qeşevə hücum deyil. Bu, Bolqarıstanın Baş Prokuroruna hücumdur”, - deyə Sarafov bəyan edib. Milli İstintaq Xidmətinin rəhbəri hadisəni dövləti təmsil edən şəxsə hücum adlandırıb.
Qeyd edək ki, bir müddət sonra Qeşevin kortejinin hərəkət marşrutunda ikinci partlayıcı qurğu da aşkarlanıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru