Rusiyada qadın mənzilə görə qızının qətlini sifariş verdi

5-05-2023, 10:54           
Rusiyada qadın mənzilə görə qızının qətlini sifariş verdi
Rusiyanın Krasnoyarsk vilayətində qadın qızının sifarişlə öldürülməsini təşkil etməkdə şübhəli bilinərək barəsində cinayət işi başladılıb.

Əməliyyatçılar 67 yaşlı qadın tərəfindən 48 yaşlı qızına qarşı hazırlanan sifarişli qətlin qarşısını alıblar.

İstintaqın məlumatına görə, aprelin sonunda yerli sakin qızını öldürtdürmək niyyətini tanışına bildirərək qızının daşınmaz əmlakını əlindən almaq istədiyini deyib. O, qətlə görə 80 min rubl (təxminən 1 712 manat) təklif edib.

Mənbə: İzvestiya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru