Rusiyaya daha bir dron hücumu: neft emalı zavodu yandı – VİDEO

5-05-2023, 13:07           
Rusiyaya daha bir dron hücumu: neft emalı zavodu yandı – VİDEO
Səhər saatlarında Rusiyanın Krasnodar vilayətində “İlski” neft emalı zavoduna dron hücumu olub.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media və sosial şəbəkələrdə məlumat yayılıb.

Həmçinin, ötən gün gecə saatlarında da sözügedən zavoda hücum olmuş, dron havada vurulduqdan sonra zavoda düşən qalıntıları yanğın yaratmışdır. Yanğın çox sayda texnika dəstəyin sayəsində səhərə yaxın söndürülmüşdü.

Qeyd edək ki, bir neçə gün öncə Kremlə edilən dron hücumunda Rusiya ABŞ və Ukraynanı günahlandırsa da, Qərb institutları bunun Moskvanın planı olduğunu iddia edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru