Yüz ilin tapıntısı rekord qiymətə satılacaq

16-06-2016, 09:43           
Yüz ilin tapıntısı rekord qiymətə satılacaq
Londonda son 110 ildə tapılmış ən böyük almaz nümayişə çıxarılıb. Daşın 29 iyunda hərrac vasitəsilə satılacağı bildirilib. Almazın tenis topu boyda olduğu bildirilib.

ANS PRESS-in məlumatına görə, Botsvanadan ötən il aşkar edilən almaz Londona satılmaq üçün gətirilib. Daşın çəkisi 1109 karatdır. Almazın 3 milyard ildən çox yaşı olduğu hesablanıb. Sotheby`s hərrac evində ayın sonunda satışa çıxarılacaq daşın rekord qiymətə satılacağı deyilib.

Almaza sahib olmaq üçün ən azı 50 milyon ingilis funtu ödəmək lazım gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru