ABŞ-də qorxulu səbəbə görə məktəblilərə bel çantası qadağan edildi

6-05-2023, 08:49           
ABŞ-də qorxulu səbəbə görə məktəblilərə bel çantası qadağan edildi
ABŞ-də məktəblərdə tez-tez baş verən hücumlara qarşı yeni tədbirlər görülür. Miçiqan ştatında bu mənada maraqlı qərara imza atılıb. Belə ki, Flint Dövlət Məktəbləri regionunda şagirdlərə bel çantalarından istifadə etmək qadağan olunub.

Bununla bağlı valideynlərə məktub göndərilib və bel çantası gətiriləcəyi təqdirdə (hətta şəffaf olsa belə) təhsil müəssisəsinin girişində məktəblilərdən alınacağı bildirilib. Uşaqların şəxsi əşyalarına gəlincə isə, ancaq kiçik pul kisələri, paltarlar üçün plastik torbalar və nahar qutularına icazə veriləcəyi vurğulanıb. O da qeyd edilib ki, icazəli əşyaların özü də girişdə yoxlanacaq.

Xatırladaq ki, mart ayında Tennessi ştatında ibtidai məktəbə hücum olub, nəticədə üçü uşaq olmaqla altı nəfər öldürülüb. Bundan başqa elə həmin ay 17 yaşlı məktəbli Denverdə orta məktəbə basqın edərək iki nəfəri silahla yaralayıb.


Mənbə: TGRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru