Daha 2 vəzifəli polis işdən kənarlaşdırıldı

6-05-2023, 12:53           
Daha 2 vəzifəli polis işdən kənarlaşdırıldı
Daxili İşlər Nazirliyi tərəfindən Polis İdarələrində xidməti kompleks yoxlamalar davam etdirilir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yoxlamalar nəticəsində daha 2 vəzifəli şəxs işdən azad edilib.

Belə ki, Mehdiabad Polis Bölməsinin rəis müavini, polis mayoru Xəqani Bəhramov və Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib. Onlar işdən azad edilərək sərəncama götürülüb.

Qeyd edək ki, hər iki bölmə Abşeron Rayon Polis İdarəsinə tabedir.

Xatırladaq ki, bir müddət öncə Abşeron Rayon Polis İsrasəsində aparılan xidməti kompleks yoxlamalar zamanı 8 vəzifəli polis zabiti işdən kənarlaşdırılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru