ABŞ-da ticarət mərkəzinə girən silahlı şəxs 8 nəfəri öldürüb, 7 nəfəri isə yaralayıb.
Sfera.az xəbər verir ki, yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. Hücumun səbəbi və hücum edənin kimliyi barədə məlumat isə hələlik açıqlanmayıb. Allen Polis Departamentinin rəisi Brian Harvey keçirdiyi mətbuat konfransında ticarət mərkəzində insanlara atəş açan təcavüzkarın zərərsizləşdirildiyini söyləyib.