“WhatsApp” “Telegram”ın faydalı funksiyasını özü üçün işə saldı - FOTO

9-05-2023, 10:12           
“WhatsApp” “Telegram”ın faydalı funksiyasını özü üçün işə saldı - FOTO
“WhatsApp”da “Telegram”dan götürülən yeni funksiya işə salınıb. Belə ki, mesencerin “iOS” üçün “beta” versiyasında artıq profildə istifadəçinin abunə olduğu kanalların siyahısı göstərilib.

Siyahı “Status” bölməsində yerləşib.


Kanal funksiyası hələlik inkişaf mərhələsindədir və ümumi istifadəçi üçün əlçatan deyil.

Məlumata görə, sözügedən bölmənin adı həm istifadəçinin cari vəziyyətini, həm də abunəliyini ehtiva etdiyi üçün “Yeniləmələr”ə dəyişdiriləcək. Həmçinin kanallar üçün daha çox ekran sahəsi boşaltmaq üçün statuslar üfüqi cərgədə yerləşdiriləcək.


Güman edilir ki, “WhatsApp”da kanallar “Telegram” kanalları prinsipinə uyğun qurulacaq - istifadəçilər hansına abunə olmağı seçə və lentdə yalnız onları maraqlandıran məzmunu görə biləcəklər.

Funksiyanın ictimai buraxılış tarixi hələ açıqlanmayıb.

Mənbə: “WABetaInfo”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru