Kürdəmirdə azyaşlıya vurulan iynə onu komaya saldı

10-05-2023, 00:06           
Kürdəmirdə azyaşlıya vurulan iynə onu komaya saldı
Kürdəmirdə azyaşlıya vurulan iynə onu komaya salıb.

Teref.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Babək küçəsində qeydə alınıb.

Belə ki, müalicə məqsədilə 4 yaşlı Yusifli Elmira Rahim qızına nənəsi antibiotik iynəsi vurub. Bu zaman azyaşlının halı pisləşib və komaya düşüb.

Yaxınları onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimlər uşağa ilkin tibbi yardım göstərsələr də, onun vəziyyəti ağır olduğundan dərhal azyaşlını Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.

Hazırda fakt araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru