Eks-deputat Moskvada gecə klubunda döyüldü 10-05-2023, 12:27 Dağıstan Xalq Məclisinin keçmiş deputatı, 54 yaşlı Əhməd Qəmzəyev Moskvadakı gecə klublarından birində döyülüb."Unikal" Ruaiya KİV-ə istinadən xəbər verir ki, zərərçəkmiş xəstəxanaya çatdırılıb, ona çənənin sınığı diaqnozu qoyulub.Məlumata görə, Şluzovaya sahilindəki Paulaner Brauhaus restoranında baş verən davada 6 mühafizəçi eks-deputatı və onun yoldaşlarını döyüb. Facebook-da paylaş