Bakıda polis avtomobili qadın piyadanı vuraraq öldürüb

11-05-2023, 00:09           
Bakıda polis avtomobili qadın piyadanı vuraraq öldürüb
Bakı-Salyan şosesində, "Şıxov" çimərliyinin qarşısından keçən yolda polis avtomobili qadın piyadanı vuraraq öldürüb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsindən daxil olan məlumata əsasən, saat 18:40 radələrində BMW markalı 99-YP-849 dövlət nömrə nişanlı patrul avtomobili sürət həddi yüksək olan yolda, yolun müəyyən olunmayan hissəsindən anidən yola daxil olan 30-35 yaş arası qadını vurub: "Hadisə baş verən ərazidə müşahidə kameralarına baxış zamanı qadının anidən yola daxil olaraq yolu qaçaraq keçmək istədiyi aydın görünür. Bu zaman qəza baş verib, qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru