15 yaşlı qız yeni doğulmuş körpəsini boğaraq öldürdü - FOTO

12-05-2023, 13:05           
15 yaşlı qız yeni doğulmuş körpəsini boğaraq öldürdü - FOTO
İngiltərədə Paris Mayo 15 yaşında uşaq dünyaya gətirib. Daha sonra o, körpəsini boğaraq zibil qutusuna atıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qandonduran hadisə 2019-cu ildə baş verib. Belə ki, Mayo valideynləri evdə olarkən uşaq dünyaya gətirib. Qız ailəsi xəbər tutmasın deyə, yeni doğulmuş körpəsini boğub. Daha sonra isə o, övladını zibil qutusuna atıb.

Səhəri gün Paris Mayo valideynlərinə zibil qutusunu atmasını istəyib. Ana zibil torbasının içində cansız körpə cəsədini görüb. Hadisədən şoka düşən qadın polisə xəbər verib. Polis qrupları Parisi saxlayıb.

Mayo ifadəsində hamilə olduğunu bilmədiyini deyib. O, ailəsindən gizli saxlamaq üçün körpəni evdə doğduğunu və öldürdüyünü açıqlayıb. Paris 2019-cu ildə törətdiyi qətldə təqsirli bilinib və qətlə görə mühakimə olunur. 19 yaşlı Parisin məhkəmə işi davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru