Litva-Rusiya sərhədində təyyarə qəzaya uğrayıb, bir nəfər ölüb

14-05-2023, 00:08           
Litva-Rusiya sərhədində təyyarə qəzaya uğrayıb, bir nəfər ölüb
Litvanın Rusiya ilə sərhəd olan Yurbarka bölgəsində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə Litvanın Polis İdarəsi məlumat yayıb.

Hadisə Naukaimis kəndi yaxınlığında baş verib. Yerli sakinlər dağıntılar altından 58 yaşlı pilotun meyitini çıxarıblar.

Polis təyyarənin qəzaya uğramasının səbəblərini araşdırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.