Rusiyanın Maqadan vilayətində ovçu digər yoldaşını ayı ilə səhv salaraq güllələyib.
Publika.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Bildirilib ki, hadisə Ust-Omçuq kəndindən 16 kilometr aralıda yerləşən meşədə ov zamanı baş verib. Regional idarənin mətbuat xidmətinin yaydığı məlumata görə, kişi ayının ona tərəf qaçdığını güman edərək 250 metr məsafədən meşəyə atəş açıb.
Məlum olub ki, meşədə ona tərəf gələn 61 yaşlı ovçu yoldaşı olub. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Atıcıya qarşı "Səhlənkarlıqdan ölümə səbəb olma" maddəsi ilə iş açılıb.