51 yaşlı qadın 21-ci övladını dünyaya gətirdi

17-05-2015, 12:42           
51 yaşlı qadın 21-ci övladını dünyaya gətirdi
Braziliya sakini 51 yaşında 21-ci övladını dünyaya gətirib. ANS PRESS-in məlumatına görə, hazırda ana və körpə özünü yaxşı hiss edirlər.

Yeni doğulmuş oğlan uşağının çəkisi 3 kq-dan bir az artıqdır və boyunun uzunluğu 46,5 santimetrdir.

Həkimlər bu yaşda doğuşun riskli olduğunu qadına xəbərdarlıq etsələr də, o uşağı doğmaqda israr edib. Ələxüsus da, artıq gənclik yaşıını çoxdan keçmiş bu xanım hamiləlik dövründə yüksək qan təzyiqindən ciddi əziyyət çəkib.

Bütün bunlara rəğmən hər şey qaydasında başa çatıb və onun oğlu sağ-salamat doğulub.

Qadının sözlərinə görə, ilk dəfə 13 yaşında ana olub və digər uşaqları bir-birinin ardınca dünyaya gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru