2016-cı ilin ilk 5 ayında Azərbaycanda 1 milyard 84 milyon manatlıq neft məhsulları istehsal edilib. Bu ötən ilin eyni dövrünə nisbətən 8,8 faiz azdır.
Bu haqda Dövlət Statistika Komitəsi məlumat verir.
Məlumatda bildirilir ki, yanvar-may ayında neft məhsulları arasında yalnız mazut istehsalı artıb. Artım 187 dəfə olub. İstehsal edilən mazutun həcmi 374,8 min tondur.
Avtomobil benzini istehsalı 10,4 faiz azalaraq 471 min tona, ilkin emal benzini isə 15,9 faiz azalaraq 79 min tona düşüb.
Kerosin istehsalındakı azalma 5,5, dizel yanacağı istehsalındakı isə 27,2 faiz olub.
İstehsal sürtkü yağlarında 29,6, neft bitumunda 14,4, neft koksunda da 40,4 faiz düşüb.