İş adamı soyğuna məruz qaldı45 MİN DOLLARINI APARDILAR

18-06-2016, 09:59           

Ukraynanın Xarkov vilayətinin Moskovski rayonunda Azərbaycan vətəndaşı olan iş adamına silahlı hücum olub.
Xarkov Vilayəti Azərbaycanlılar Konqresinin sədri Qurban AbbasovAPA-ya bildirib ki, hücuma məruz qalan şəxs 1977-ci il təvəllüdlü, əslən Azərbaycan vətəndaşı, Qusar rayonunda anadan olmuş Bədəl Gülməmmədovdur.
Maskalı və silahlı şəxslər dünən axşam radələrində B. Gülməmmədovun qarşısını kəsərək pul tələb ediblər, rədd cavabı aldıqda isə onu əllərindəki silahın qundağı ilə döyüblər. Gülməmmədova ağır xəsarətlər yetirən maskalılar onun üzərində olan 45 min dolları götürərək hadisə yerindən qaçıblar.
Faktla bağlı zərərçəkənin şikayəti əsasında Xarkov polisində cinayət işi qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru