Gədəbəydə gənc ehtiyatsızlıqdan ağır xəsarət alıb

29-05-2023, 09:44           
Gədəbəydə gənc ehtiyatsızlıqdan ağır xəsarət alıb
Gədəbəy rayonunda yerli sakin ehtiyatsızlıqdan ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gədəbəy rayon sakini, 1992-ci il təvəllüdlü Hikmət Nağıyev hər iki qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

O, çox qan itirdiyindən vəziyyəti ağır qiymətləndirilir.
Zərərçəkənin dediyinə görə, əsəbi halda qolları ilə qapı aynasını sındırıb. Bu zaman şüşə onun hər iki qolunu kəsib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru