Sona Vəliyevanın “İşığa gedən yol” romanı çap olunub
20-06-2016, 19:56
Yazıçı Sona Vəliyevanın “İşığa gedən yol” romanı çap olunub.
teref.az-nun məlumatına görə, görkəmli ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin həyat və yaradıcılığından, maarifçilik yolundan bəhs edən roman bir şəxsin timsalında xalqın mədəniyyət, ədəbiyyat, ziyalılıq tarixinə işıq salır.
XIX-XX əsrlərdə cərəyan edən hadisələr təkcə dövrünün reallıqlarını deyil, həm də sonrakı onilliklərdə ziyalılıq tariximizin bizi müstəqillik tariximizə qovuşdurduğunu ifadə edir.
Əsərdə Azərbaycan tarixinin ziddiyyətli dövrü – Rus imperiyasının tərkibindəki illər əks olunub.
Tarixi faktlarla zəngin olan iki hissəli roman tarixə ekskurs, iç dialoqların dərinliyi ilə diqqət çəkir. Romanda işıqlandırılan hadisələr oxucuya sadə, bədii dillə təqdim olunur.