Ruslar Kaxovka SES-in bəndini partlatdılar - VİDEO

6-06-2023, 09:47           
Ruslar Kaxovka SES-in bəndini partlatdılar - VİDEO
Bu gecə ruslar Kaxovka Su Elektrik Stansiyasındakı (SES) bəndi partladıblar.

Axar.az xəbər verir ki, məlumatı “Cənub” operativ komandanlığı da təsdiqləyib.

“Hazırda dağıntının miqyası, suyun sürəti və həcmi və su altında qalma təhlükəsi olan rayonlar araşdırılır. Bütün xidmətlər işləyir”

Bəndin partlayışdan sonra görüntüləri Teleqram kanallarında yayımlanıb.

Xerson şəhər administrasiyasının rəhbəri Aleksandr Prokudin su altında qalmaq təhlükəsi ilə üzləşən Dneprin sağ sahilində yaşayan sakinlərin təxliyəsini elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru