Bakıda iki qardaş və bir bacı dalaşıb, bıçaqlanan var

7-06-2023, 09:55           
Bakıda iki qardaş və bir bacı dalaşıb, bıçaqlanan var
Bakıda iki qardaş və bir bacı dalaşıb, bıçaqlanan var.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən evlərin birinin həyətində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü İ.Pirquliyev ailə münaqişəsi zəminində bacısı, 1989-cu il təvəllüdlü S.Pirquliyeva və qardaşı 1995-ci il təvəllüdlü Ə.Pirquliyevlə dalaşıb. Nəticədə Ə.Pirquliyev bıçaqdan istifadə edərək İ.Pirquliyevin qarın nahiyəsinə bir dəfə zərbə endirib.

Daha sonra Ə.Pirquliyev şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru