“WhatsApp”dan göndərilən şəkillərlə bağlı çoxdan gözlənilən xəbər - FOTO

8-06-2023, 08:56           
“WhatsApp”dan göndərilən şəkillərlə bağlı çoxdan gözlənilən xəbər - FOTO
“WhatsApp”ın “iOS” və “Android” üçün “beta” versiyalarında təsviri göndərməzdən əvvəl onun həllini seçməyə imkan verən yeni funksiya işə düşüb.

Hazırda şəkil göndərərkən, “WhatsApp” alıcının cihazında trafikə və boş yerə qənaət etmək üçün onu çox sıxışdırır, nəticədə şəklin keyfiyyəti xeyli itir. Yeni funksiya isə faylı göndərməzdən əvvəl onun ölçüsünü seçməyə imkan verir. Əsasən iki seçim təklif olunur: “Standart quality” (1600x1052 piksel) və “HD Quality” (4096x2692 piksel). Şəkil yüksək keyfiyyətlə göndərildikdən sonra o, çatda HD işarəsi ilə qeyd olunur.

O da vurğulanır ki, hətta “HD Quilty” opsiyası təsvirin orijinal ölçüsündə göndərilməsi demək deyil. Bu rejim seçildikdə də, mesencer şəkli bəzi detallardan məhrum edərək onu sıxışdırır.

Mesencerin ictimai versiyasında fotoların yüksək keyfiyyətdə göndərilməsi imkanının nə vaxt görünəcəyi barədə məlumat verilmir.

Mənbə: WABetaInfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru