Ruslar təşvişə düşmüşdü, qaçırdılar... - Qumenyuk

12-06-2023, 09:37           
Ruslar təşvişə düşmüşdü, qaçırdılar... -
Kinburnda daşqın ciddi deyildi, buna görə də rus hərbi qrupuna həlledici təsir göstərmədi.

Axar.az xəbər verir ki, bunu Ukrayna Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib.

"Onlar kritik dəyişikliklərə getməyiblər, oradakı daşqınlar ciddi deyildi, bu, yerləşdirməyə təsir göstərməyib", - o bildirib.

Qumenyukun sözlərinə görə, suyun səviyyəsi qalxdıqdan sonra ruslar təşvişə düşüb və hətta təxliyə üçün helikopterlərlə getməyə cəhd ediblər:

"Lakin su çəkildikdən sonra rus işğalçılar öz mövqelərinə və dinc əhalini atəşə tutmaq taktikasına qayıtdılar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru