Bakıda keçirilən magistr imtahanına cadu ilə gəldi - FOTOFAKT

12-06-2023, 12:14           
Bakıda keçirilən magistr imtahanına cadu ilə gəldi - FOTOFAKT
Bakıda keçirilən magistraturaya qəbul imtahanına qatılan tələbələrdən birinin üzərindən cadu aşkarlanıb.

TEREF.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu Feysbuk hesabında məlumat verib.

"Dördkünc qırmızı parçaya nəyisə büküb üzərinə qəpik qoyaraq sapla plyus formasında sarıyıblar. Daha sonra parçanın üzərinə şam əridib töküblər. Təsəvvür edin, bu cadunu 4 il universitetdə ali təhsil alan bir tələbə Bakıda keçirilən magistr imtahanına gətirib. İmtahanlarda yüksək bal toplamaq üçün yaxşı oxumaq, öyrənmək lazımdır. Caduyla imtahandan keçmək olsaydı, heç kim hazırlıqlara pul tökməzdi", - paylaşımda qeyd olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru