Konqoda silahlı hücum: 23-ü uşaq olmaqla 46 nəfər ölüb

13-06-2023, 12:13           
Konqoda silahlı hücum:
Konqo Demokratik Respublikasının Djuqu bölgəsində məcburi köçkünlərin olduğu düşərgəyə silahlı hücum edilib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində 23-ü uşaq olmaqla azı 46 nəfər həlak olub.

Yerli mənbələr cinayətkarların evləri yandıraraq mülki insanlara silah və maçeta ilə hücum etdiklərini, çox sayda insanın isə yanaraq öldüyünü bildiriblər.

Düşərgənin Birləşmiş Millətlər Təşkilatının Buledəki bazasından 5 kilometr aralıda olduğu açıqlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru