Ukraynanın bu istiqamətdə irəliləməsi olduqca çətindir

13-06-2023, 14:03           
Ukraynanın bu istiqamətdə irəliləməsi olduqca çətindir
Rus hərbçilər xeyli silaha sahib olsalar da, Baxmut istiqamətində təşəbbüsü tamamilə itiriblər.

Axar.az xəbər verir ki, bunu Ukrayna Milli Qvardiyasının “Azadlıq” batalyonunun döyüşçüsü Vladimir Nazarenko deyib.

O bildirib ki, cəbhənin bu sektorunda Ukrayna ordusunun irəliləməsi olduqca çətindir:

“Düşmən təşəbbüsü tamamilə itirib. Təəssüf ki, ruslar zərbələr endirməyə, müəyyən istiqamətlərdə irəliləməyə cəhdə davam edir. Lakin ümumilikdə Ukrayna ordusu bir neçə istiqamətdə təşəbbüsü ələ alıb. Ukrayna ordusu hər şeyi edir ki, işğalçılar ya geri çəkilsin, ya da ön cəbhədə itkiləri əvəzləmək üçün əlavə ordu toplaya bilməsin”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru