İran polisi 9 yaşlı uşağı güllələdi

13-06-2023, 14:54           
İran polisi 9 yaşlı uşağı güllələdi
İran polisi avtomobili təqib edərkən azyaşlını güllələyib.

Publik.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı İran Daxili İşlər Nazirliyinin hesabatına istinadən məlumat yayıb. İranın Xuzistan əyalətində polis əvvəllər oğurluq və narkotik qaçaqmalçılığına görə məhkum olunmuş şəxsin idarə etdiyi avtomobilə atəş açıb.

Məlum olub ki, avtomobildə onun doqquz yaşlı oğlu da olub. Polisin açdığı atəş uşağa dəyib. Uşaq aldığı güllə yarasından yerindəcə keçinib.

Yerli xəbər agentlikləri bildirib ki, polis atəş açmazdan əvvəl heç bir xəbərdarlıq etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru