Siyəzəndə yaşayış binasında partlayış: Xəsarət alanlar var

13-06-2023, 22:40           
Siyəzəndə yaşayış binasında partlayış: Xəsarət alanlar var
Siyəzəndə yaşayış binasında partlayış olub.

Beşmərtəbəli binanın birinci mərtəbəsindəki mənizlərin birində baş verən partlayış zamanı 3 nəfər xəsarət alıb.

Xəsarət alanlardan biri ağır vəziyyətdə Bakıya göndərilib. İki nəfərin isə vəziyyəti yaxşıdır. Məlumata görə, hadisə zamanı xəsarət alanlardan iki nəfər yoldan keçənlər olub.

Əraziyə təcili yardım, fövqəladə, və polis əməkdaşları cəlb olunub.

İlkin məlumata görə partlayışa səbəb qaz sızmasıdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru