Keçiddə pul qabı tapan şəxs həbs edildi
15-06-2023, 00:04
Nəsimi rayonunda keçidlərin birində içərisində 157 ABŞ dolları, 10 avro və 12 manat nağd pul olan pulqabı tapan şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, hadisə ilə bağlı 1978-ci ildə Biləsuvar rayonunda anadan olmuş Kənan (şərti) adlı şəxs saxlanılıb.
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında törətdiyi xətada özünü təqsirli bilərək qeyd edib ki, keçiddə eskalatrdan düşdüyü zaman yerdə içərisində pul olan cüzdan olduğunu görüb. Pulu götürəndən sonra pulqabını aparıb yenidən götürdüyü yerə qoyub. Yoldaşı onkolji xəstə olduğu üçün pulu ona xərcləyib.
Məhkəmə iclasında zərərçəkmiş şəxs Elsəvər (şərti) bildirib ki, həmin gün telefonu cibindən götürmək istədikdə pulqabı yerə düşüb. Sonradan keçiddəki kameralara baxdığı zaman məlum olub ki, pulqabı oraya düşüb və Kənan tərəfindən götürülüb.
Məhkəmənin qərarı ilə Kənan İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1 ay müddətinə inzibati qaydada həbs edilib.