Polis maşınını partlatdılar - 8 nəfər öldü

15-06-2023, 11:13           
Polis maşınını partlatdılar -
Keniyada polis maşınının keçdiyi zaman yola döşənmiş minanın partlaması nəticəsində 8 polisin həyatını itirdiyi bildirilib.
Şimal-Şərqi Bölgə komissarı Con Otieno mətbuata verdiyi açıqlamada bu barədə məlumat verib.
O təhlükəsizlik qüvvələrini daşıyan avtomobilə mina hücumu edildiyini bildirib.

"Biz bu hücumda 8 polis əməkdaşımızı itirdik. Biz təhlükəsizlik qüvvələrini və minik avtomobillərini hədəf alan hücumlarda Eş-Şəbabdan şübhələnirik".

Hücumun Somali sərhədinə yaxın Qarissa bölgəsində həyata keçirildiyini qeyd edən Otieno, terror təşkilatı Eş-Şəbabın bundan öncə də eyni bölgəyə hücum etdiyini xatırladıb.

Qeyd edək ki, Somalidəki hücumları ilə gündəmdə olan Eş-Şəbab qonşu Keniyada da hücumlar təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru