Fransada təyyarə qəzaya uğradı - üç nəfər öldü

18-06-2023, 10:18           
Fransada təyyarə qəzaya uğradı -
Fransanın cənubunda yüngül mühərrikli təyyarə dağlıq ərazidə qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Frans-Presse” agentliyi məlumat yayıb.

Nəticədə 3 nəfər həlak olub.

Qeyd olunur ki, qəza Var departamentinin Qonfaron kəndi yaxınlığında baş verib.

Hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

Fransa silahlı qüvvələrinin cənub komandanlığının məlumatına görə, ölən üç nəfərdən ikisi qonşuluqda yerləşən ikinci döyüş helikopter alayının təlim bazasının əsgərləridir.

Hazırda qəza yerində məhkəmə-tibb ekspertləri və müstəntiqlər işləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru