Biləsuvarda qonşular arasında münaqişə qanla bitdi

19-06-2023, 09:56           
Biləsuvarda qonşular arasında münaqişə qanla bitdi
İyunun 18-də saat 23 radələrində Biləsuvar rayonunda 8 saylı qəsəbə ərazisində 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən “Report”a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Məlumata görə, münaqişə qonşular arasında baş verib.
B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.

Əlavə məlumat veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru