Rusiyada kişi qatarda qətliam törətdi - VİDEO

20-06-2023, 15:08           
Rusiyada kişi qatarda qətliam törətdi - VİDEO
Rusiyada qatarda dəhşət yaşanıb. Belə ki, sərnişinlərdən biri öz kupe yoldaşlarına bıçaqlı hücum edib.

Qorxunc hadisə Çuvaşiyanın (RF) Kanaş şəhəri yaxınlığında, Barnaul-Adler reysi ilə hərəkət edən qatarda baş verib.

Bildirilir ki, hücum edən şəxs kupenin yuxarı rəfini tutub. Naməlum bir səbəbdən o, qəfildən yerindən sıçrayaraq yoldaşlarını bıçaqlamağa başlayıb.

Hadisə şahidlərinin çəkdiyi kadrlardan görünür ki, iki aşağı rəf, qatlanan stol, qapılar və divarın bir hissəsi qana bulaşıb.
Zərərçəkənlər təcili xəstəxanaya yerləşdiriliblər. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirirlər.

Yol polisi hücum edən şəxsi saxlayıb. Hadisənin bütün şəraiti və səbəbləri araşdırılır.

Mənbə: “Mash Siberia” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru