Moskvaya dron hücumu olub, üçü vurulub

21-06-2023, 09:59           
Moskvaya dron hücumu olub, üçü vurulub
TEREF.AZ APA-ya istinadla xəbər verir ki, bu gün səhər saat 5 radələrində Moskva vilayətininin Lukino yaşayış məntəqəsi yaxınlığında səmada partlayış baş verib.

İlkin məlumatlara görə, partlayışa səbəb PUA-nın vurulması olub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

Həmçinin, Moskva vilayətinin Naro-Fominsk rayonuna, hərbi hissədən bir qədər aralıda eyni vaxtda daha iki PUA yerə çırpılıb.

İlkin məlumata görə, xəsarət alan yoxdur.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Yeni Moskva və Moskva vilayətində radioelektron mübarizə vasitəsinin köməyi ilə üç pilotsuz uçuş aparatı vurulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru