Bakıda çayxanada kütləvi dava: Bıçaqlananlar var

21-06-2023, 10:19           
Bakıda çayxanada kütləvi dava: Bıçaqlananlar var
Bakının Nəsimi rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

TEREF.AZ Apa-ya istinadən xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyası yaxınlığında baş verib.

Belə ki, çayxanada müştərilər arasında dava düşüb.

Hadisə zamanı 1993-cü il təvəllüdlü Cavid Vahid oğlu Quliyev və 1991-ci il təvəllüdlü Kamil İsmayıl oğlu Ağayev naməlum şəxs tərəfindən bıçaqlanıb.Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru