Okeanda itən sualtı qayıq üçün geri sayım başladı: 28 saatlıq oksigen qaldı

21-06-2023, 11:02           
Okeanda itən sualtı qayıq üçün geri sayım başladı:
Atlantik okeanında turistləri "Titanik" gəmisinin qəzaya uğradığı yerə aparan "Titan" sualtı qayığından bazar günündən bəri xəbər yoxdur.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, xilasetmə işləri davam edərkən sualtı qayıqda təxminən 28 saatlıq oksigen qaldığı bildirilir.

Qeyd olunur ki, Kanadaya məxsus axtarış təyyarəsinin sualtı qayığın yoxa çıxdığı ərazidən 30 dəqiqəlik fasilələrlə zərbə səsələri eşidilir.

Məlumata görə, itkin düşən sualtı qayıqda 5 nəfər var.

Onlar britaniyalı iş adamı 48 yaşlı Şahzada Davud və onun 19 yaşlı tələbə oğlu Süleyman Davud, 58 yaşlı britaniyalı səyyah Hamiş Hardinq, Keçmiş Fransız Dəniz Donanmasının dalğıcı 77 yaşlı Paul-Henri Nargeolet və "OceanGate Expeditions" şirkətinin baş direktoru 61 yaşlı Stoktan Raşdır.

Xatırladaq ki, "Titanik" gəmisi 1912-ci ildə batıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru