Təbrizdə məhkum edam edildi

22-06-2023, 07:45           
Təbrizdə məhkum edam edildi
İyunun 20-də Təbrizin mərkəzi həbsxanasında Siyamək Lütfi adlı məhkum edam edilib.

Sozcu.az xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıblar.

Məlumatda Lütfinin kütləvi dava zamanı adam öldürməkdə günahlandırıldığı bildirilib.

Bununla yanaşı, Zəncan, İlam, Qorqan və Əhvaz şəhərlərində də qətl və narkotik maddələrin alverində ittiham olunan 5 məhkum edam edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.