Gürcüstanda jurnalist həbsxanadan buraxılıb

23-06-2023, 12:14           
Gürcüstanda jurnalist həbsxanadan buraxılıb
Gürcüstanın müxalifyönümlü “Mtavari Arxi” telekanalının həmtəsisçisi və baş direktoru Nika Qvaramia azadlığa çıxıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Nika Qvaramianı həbsdə olduğu 12 saylı Rustavi cəzaçəkmə müəssisənin qarşısında ailə üzvləri, “Mtavari Arxi” telekanalının əməkdaşları, dostları qarşılayıb.

Telekanal rəhbəri mətbuata ilk açıqlamasında azadlığa buraxılmasını gözləmədiyini deyib. Əlavə edib ki, Prezident Salome Zurabişvili əfv qərarının Nika Qvaramia üçün deyil, prezidenti olduğu ölkə üçün qəbul edib.

Qvaramia Salome Zurabişvilini səhfində inad etməməyə və sabiq Prezident Mixeil Saakaşvilini də azadlığa buraxmağa çağırıb.

Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.