Kürdəmirdə DƏHŞƏT – Oğul atasını öldürdü

29-06-2016, 13:10           
Kürdəmirdə DƏHŞƏT – Oğul atasını öldürdü
Kürdəmir rayonunda qətl törədilib.
Kürdəmir şəhərinin İslam Məmmədov küçəsindəki fərdi yaşayış evində 1985-ci il təvəllüdlü Nizamov Mətləb Əflatun oğlu atası, 1955-ci il təvəllüdlü Nizamov Əflatun Paşa oğlunu bıçaqlayaraq öldürüb.
Bildirilir ki, hadisə vaxtı 61 yaşlı Ə.Nizamov sərxoş vəziyyətdə olub. O, evdə oğlu ilə mübahisə edib və nalayiq ifadələr işlədib. Əsəblərinə hakim ola bilməyən 31 yaşlı oğul da məlum hadisəni törədib.
Atasını öldürən M.Nizamov saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (lent.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru