Hindistan silahları artıq Ermənistandadır

27-08-2023, 12:46           
Hindistan silahları artıq Ermənistandadır
“Bir Cənubi Qafqaz ölkəsi üçün qumbaraatanların iki modifikasiyası üçün hökumət sifarişi almışıq”.

TEREF.AZ-ın bildirdiyinə görə, Bizim.Media “Indian Defence Updates” YouTube kanalına istinadən xəbər verir ki, bu barədə informasiyanı Hindistanın “Munitions İndia Limited” silah şirkətinin sədri yayıb.

Sifarişçi ölkənin adı açıqlanmasa da, bunun böyük ehtimalla Ermənistanla bağlı olduğu vurğulanır.

Eyni zamanda Hindistanın digər silah şirkəti Bharat Forge bu ilin birinci rübündə müdafiə silahlarının rekord satışını, o cümlədən MArG özüyeriyən haubitsalarının, eləcə də ATAGS haubitsalarının Ermənistana tədarükü barədə məlumat verib.

Qeyd olunur ki, sifarişin birinci yarısının çatdırılması artıq başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru