Meksikada yanacaq daşıyan maşının partlaması nəticəsində 8 nəfər ölüb

29-08-2023, 09:36           
Meksikada yanacaq daşıyan maşının partlaması nəticəsində 8 nəfər ölüb
Meksikanın mərkəzi hissəsindəki Sumpanqo bələdiyyəsi yaxınlığında yanacaq daşıyan maşın aşıb və nəticədə partlayış baş verib.

Trend xəbər verir ki, hadisə nəticəsində ən azı 8 nəfər həlak olub.

Partlayış baş verən zaman yolun hərəkət hissəsində içərisində sərnişinlər olan taksi avtomobili olub. Taksidəki şəxslərin hamısı hadisə zamanı ölüb.

İnsidentlə bağlı polis araşdırma aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru