Liftə daxil oldu, oturdu, doğdu, sonra da körpəni...

29-08-2023, 13:24           
Liftə daxil oldu, oturdu, doğdu, sonra da körpəni...
Çində qadın liftdə doğuş edərək, körpəni zibil qutusuna atıb.

Publika.az xəbər verir ki, bu barədə “Asia One” yazıb. Müşahidə kameralarının görüntülərində qadının çamadanla liftə necə girdiyi və bir neçə saniyədən sonra küncdə oturduğu görünür. Sonra o, qucağında körpə ilə ayağa qalxaraq, yerdəki qan izlərini bez ilə silib.

Çinli qadın lifdən çıxdıqdan sonra yeni doğulmuş uşağı zibil qutusuna atıb və körpəni gizlətmək üçün üstünə salfet qatı qoyub.

Uşağı yoldan keçənlər görüblər, həkimlərə və polisə müraciət ediblər. Körpə xəstəxanaya çatdırılıb, ona lazımi köməklik göstərilib. Sonradan qəyyumlara təhvil verilib.

Qadının əməlinə görə cavab verib-verməyəcəyi barədə məlumat verilmir. Amma sosial şəbəkə istifadəçiləri artıq ananı bu hərəkətinə görə qınayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru