Niyazi Mehdinin səhhəti kəskin pisləşdi - Əməliyyatdan imtina etdilər

29-08-2023, 16:20           
 Niyazi Mehdinin səhhəti kəskin pisləşdi -
Filosof, professor Niyazi Mehdinin səhhəti kəskin pisləşib.

Böyrək çatışmazlığından əziyyət çəkən professor hemodializ müalicəsi alır.

Hemodializin son mərhələsində olan N. Mehdi bu yaxınlarda yıxılaraq omba sümüyünü sındırıb.
Lakin əməliyyata aparılarkən məlum olub ki, ürəyində də ciddi problem var.

Əməliyyatdan imtina edən həkimlər ona ürəyinin cəmi 20 faizinin işlədiyini bildiriblər.

Müayinələr zamanı məlum olub ki, bütün bunlarla bərabər başqa bir neçə xəstəlikdən də əziyyət çəkir.
Həkimlər professsorun vəziyyətini ağır qiymətləndirib. //Bakupost.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru