Rusiya Ukraynanın bu iki şəhərini bombaladı

26-09-2023, 10:27           
Rusiya Ukraynanın bu iki şəhərini bombaladı
Rusiya Federasiyası Ukraynanın Krivoy Roq şəhərinə zərbələr endirib.

Yenisabah.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, həmçinin Odessa vilayətinə hava hücumu edilib.

Krivoy Roqda müəssisələrə ziyan dəyib, itkilər barədə məlumat yoxdur. Şəhərin hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkulun sözlərinə görə, söhbət ballistik raketlərlə hücumdan gedir.

Odessanın İzmail bölgəsində - Rumıniya ilə sərhəddə liman infrastrukturu vurulub. Sərhəd keçid məntəqəsinin binasına, anbarlara və 30 yük maşınına ziyan dəyib, 2 sürücü yaralanıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru