Erməni həkimlər Xankəndiyə gəldi - Yaralılar üçün...

26-09-2023, 14:28           
Erməni həkimlər Xankəndiyə gəldi - Yaralılar üçün...
Ermənistan mətbuatının məlumatına görə, yanacaq çəninin partlaması nəticəsində zərər çəkənlərə yardım göstərmək üçün lazımi avadanlıqla birlikdə bir qrup həkim helikopterlə Xankəndinə gəlib.

Bakupost.az xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralılar Xankəndi xəstəxanasında daşınmağa hazırlanır.

Qeyd edək ki, sentyabrın 25-də axşam Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində 100 tonluq benzin çəni partlayıb. Hadisə nəticəsində 20 nəfər dünyasını dəyişib, onlardan 13-nün cəsədini tanımaq mümkün olmayıb. 290 nəfər isə yaralanıb. Yaralananların əksəriyyəti ağır və ya son dərəcə ağır vəziyyətdədir. Çoxlu itkin düşənlər var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru